Modern.az

Panamada 5.5 bal gücündə ZƏLZƏLƏ

Panamada 5.5 bal gücündə ZƏLZƏLƏ

24 Aprel 2024, 08:47

Sakit okeanda, Panama sahillərində 5,5 maqnitudada zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Burika şəhərindən 76 km cənub-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama