Modern.az

FHN xilasetmə əməliyyatı görüntüləri yaydı - VİDEO

FHN xilasetmə əməliyyatı görüntüləri yaydı - VİDEO

Aktual

24 Aprel 2024, 11:52

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə. məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açmaqla liftdə köməksiz vəziyyətdə qalan vətəndaşı xilas ediblər.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR