Modern.az

Mərkəzi Bankın sədri ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə etdi

Mərkəzi Bankın sədri ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə etdi

Aktual

24 Aprel 2024, 13:46

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ Xəzinədarlıq Departamenti arasında kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ Xəzinədarlıq Departamentində keçirilib. Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrə qatıldıq.

 

Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında fikir mübadiləsi apardıq", - o qeyd edib.

T. Kazımov bildirib ki, həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə olunması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi