Modern.az

Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Aktual

24 Aprel 2024, 15:29

"Bəzi peyvəndlər ömürlük immunitet yaradır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Səbinə Cəfərova bildirib.

 

Pediatr misal kimi poliomielit peyvəndini göstərib: "Bəziləri isə 10-15 il ərzində daha güclü qoruyucu gücə malik olur. Qızılca, məxmərək əleyhinə peyvəndlər bu sıradadır. Ancaq sağlamlıq vəziyyəti imkan verməyən uşaqlara peyvənd vurulmur".

 

Səbinə Cəfərova qeyd edib ki, Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var: "Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. Kəskin respirator virus infeksiyası, xroniki xəstəliyin kəskinləşməsi, kəskin yoluxucu xəstəlik dövründə müvəqqəti tibbi əks-göstəriş olur. Əgər uşaqda hər hansı nevroloji problem yoxdursa, ona peyvənd edilir. Əgər birinci peyvənddən sonra uşaqda güclü ağrı hissi, qıcolma, yüksək hərarət, allergik reaksiyalar olursa, peyvəndi davam etmək olmaz. Yəni, 1-ci peyvənddə ağırlaşma baş verirsə, növbəti dəfə uşaq tərkibində ağırlaşma verməyən vaksinlə peyvənd edilir. Bütün vaksinlər əvvəlki dozaya şiddətli reaksiya və ya peyvənd sonrası ağırlaşma olubsa, təxirə salına bilər. Vaksinasiya üçün yalançı əks göstərişlər də var. Bunlara perinatal ensefalopatiya, timus vəzinin böyüməsi, allerqiya, astma, ekzema, anadangəlmə qusurlar, anemiyalar aiddir. Hər bir halda peyvəndin vurulub və ya vurulmamasına yalnız həkim qərar verə bilər".

 

Pediatr sonda bildirib ki, anadangəlmə immunodefisit zamanı yalnız inaktivləşdirilmiş peyvənddən istifadə etmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi