Modern.az

Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun!

Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun!

24 Aprel 2024, 16:50

Ukraynalı deputatlar terrorçuluğu maliyyələşdirməyə görə hazırda Bakıda həbsdə saxlanılan qondarma “Artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyanın namizədliyini rədd etmək üçün Nobel Komitəsinə açıq müraciət ünvanlayıblar.

Ukraynalı parlamentarilər bildiriblər ki, nüfuzlu mükafata namizədlər siyahısında Vardanyanın yeri yoxdur.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın 5-ci kanalının məlumatında bildirilib.

Müraciəti imzalayanlar bəyan ediblər ki, onlar “terrorizm və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiya təcavüzünün sponsoru və Ukraynanın düşməni olan şəxsin Nobel sülh mükafatına namizədliyini irəli sürməyi qəbuledilməz və absurddur.

Ukrayna KİV-i onu da xatırladıb ki, hələ 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı Vardanyanın Kremllə əməkdaşlığına görə sanksiyalar siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etmişdi.

Müraciətdə qeyd olunub ki, 2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Vardanyanı RT telekanalının rəhbəri Marqarita Simonyanla birlikdə sanksiya siyahısına daxil edib.

Vardanyanın Vladimir Zelenskinin fərmanı ilə Ukraynanın sanksiya siyahısına salındığı da bildirilib.

2023-cü ildə Ukraynanın Milli Təhlükəsizlik Xidməti Ruben Vardanyanın “Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına dərhal təhvil verilməli olduğunu” qeyd edib.
 

Nobel Komitəsi hələ ki ukraynalı parlamentarilərin məktubuna cavab verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok