Modern.az

Bayden yenə “erməni soyqırımı” ifadəsini İŞLƏTDİ

Bayden yenə “erməni soyqırımı” ifadəsini İŞLƏTDİ

Aktual

24 Aprel 2024, 17:00

ABŞ prezidenti Cozef Bayden aprelin 24-də etdiyi müraciətdə yenə “erməni soyqırımı” ifadəsini işlədib.

Modern.az xəbər verir ki, Bayden bugünkü müraciətində "biz “erməni soyqırımı” zamanı həyatını itirmiş insanların xatirəsini heç vaxt unutmayacağıq” deyib.

Bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş məlumatda qeyd edilib.

Bayden qondarma “erməni soyqırımı”nın 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsində törədildiyini iddia edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden 2021-ci ildən başlayaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırır.

Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok