Modern.az

Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

24 Aprel 2024, 17:37

Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik Texnologiyalar Konfransı (STC2024) gələn il Bakıda keçiriləcək.

 

Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında elan edilib.

 

Toplantıda qeyd edilib ki, kosmik sahədəki qlobal tədbirə ev sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də Bakıda keçirilməsinə imkan verir.

 

Qeyd edək ki, hazırda üçüncü dəfə keçirilən Konfransa Türkiyə Kosmik Agentliyi ev sahibliyi edir. Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb. Toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi