Modern.az

Alimlərdən xərçəngin müalicəsində mühüm ADDIM

Alimlərdən xərçəngin müalicəsində mühüm ADDIM

25 Aprel 2024, 15:34

Surrey Universitetinin (Böyük Britaniya) alimləri xərçəng hüceyrələrinin içərisinə “baxmağa” imkan verən unikal texnika hazırlayıblar.

 

Modern.az Britaniya Xərçəng Cəmiyyətinin məlumatına istinadla xəbər verir ki, yeni metodun mahiyyəti mikroskopik borulardan istifadə edərək fərdi xərçəng hüceyrələrinin çıxarılması və onların lipid tərkibinin sonrakı təhlilindən ibarətdir. Bu, flüorasan boyalardan və kütlə spektrometriyasından istifadə etməklə mümkün olub.

 

Tədqiqat nəticəsində məlum olub ki, hər bir xərçəng hüceyrəsinin özünəməxsus “lipid profili” var ki, bu da onların terapiyaya qarşı müxtəlif müqavimətini izah edir. Alimlərin fikrincə, onların əldə edilməsi xərçəngin daha effektiv müalicəsinin inkişafı üçün yeni imkanlar açır.

 

Gələcəkdə tədqiqatçılar fərdi xərçəng hüceyrələrinin bir-biri ilə qarşılıqlı əlaqəsini öyrənməyi planlaşdırırlar ki, bu da fərdi terapiya yaratmaq üçün əsas ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR