Modern.az

Silahlı şəxs tutuldu

Silahlı şəxs tutuldu

Aktual

1 May 2024, 13:18

Oğuz rayonunda qonşular arasında baş vermiş mübahisə zamanı birinin digərinə odlu silahla hədə-qorxu gəlməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə mübahisə edən tərəflərdən biri olan 50 yaşlı Rəşad Manafov saxlanılıb. Onun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkarlanıb. R.Manafov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama