Modern.az

Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək

Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək

Aktual

1 May 2024, 17:30

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən may ayının 15-də Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.05.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama