Modern.az

Qazaxıstan Aktaudan Bakıya uçuşlara başlayır

Qazaxıstan Aktaudan Bakıya uçuşlara başlayır

2 May 2024, 14:48

Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti “FlyArystan” Aktaudan Bakıya birbaşa uçuşlara başlayır.

 

Modern.az bu barədə şirkətə istinadən xəbər verir.

 

Məlumata görə, birbaşa reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, hazırda "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) Aktaudan Bakıya həftənin hər günü birbaşa uçuşlar həyata keçirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama