Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdəki bugünkü çıxışı zamanı 44 günlük müharibə dövrünə də toxunub.
Modern.az xəbər verir ki, baş prokuror 44 günlük müharibənin onun üçün ən ciddi dərs olduğunu bildirib.
“Həmin dərsdən 3 vacib nəticə çıxardıq. Əvvəla, hərbi prokurorluqla bağlı hazırda ciddi kadr və peşəkar proseslər həyata keçiririk. Məqsədimiz orduda şəxsiyyətlərarası münasibətlərə görə cinayət trayektoriyasının formalaşmasının qarşısını almaqdır.
Bundan əlavə, hər bir korrupsiya hadisəsi ilə bağlı müdafiə nazirinə yazıram, 44 günlük müharibənin hər bir cinayət işi ardıcıl olaraq məhkəməyə göndərilir”.
Anna Vardapetyan deyib ki, korrupsiyanın hər bir təzahürü ordunu daha təsirli silahlara, daha da yaxşı təlimə və daha yüksək maddi təminata malik olmaq imkanından məhrum edir.
Vardapetyanın sözlərinə görə, müharibə zamanı bəzi yüksək rütbəli məmurların arvadlarının müəyyən şəhərlərdə bizneslə məşğul olması barədə onlara daxil olmuş məlumatları oxuyanda baş prokuror kimi xəcalət çəkib.
“Mən bunu məğlubiyyətin bir nömrəli səbəblərindən biri hesab edirəm”, - o deyib.