Modern.az

Sürət həddi əvvəlki vəziyyətə qaytarıldı - YENİLƏNİB

Sürət həddi əvvəlki vəziyyətə qaytarıldı - YENİLƏNİB

Aktual

4 May 2024, 08:20

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.

 

Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

****

23:24

Müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Aeroport yolunda bəzi zolaqlarda sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

 

“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub”, - açıqlamada bildirilir.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB