Modern.az

İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı

İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı

6 May 2024, 09:34

Türkiyənin Bosfor boğazı gəmilərin hərəkəti üçün dayandırılıb.

 

Modern.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

 

Məlumata görə, boğazın şimal girişində “Brabus” adlı yük gəmisinin sükanında nasazlıq yarandığı üçün Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə məhdudlaşdırılıb.

 

Sahil Təhlükəsizliyi Baş İdarəsindən bildirilib ki, RESCUE-10 yedək gəmisi və KEGM-8 sürətli xilasetmə qayğı dərhal hadisə yerinə yönəldilib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU