Modern.az

Həftəsonu 2 kiloqram narkotik AŞKARLANIB

Həftəsonu 2 kiloqram narkotik AŞKARLANIB

6 May 2024, 11:20

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, narkotik vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 metadon həbi və 22 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...