Modern.az

Ağsuda narkotacir saxlanıldı

Ağsuda narkotacir saxlanıldı

7 May 2024, 08:30

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.

 

Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB