Modern.az

Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub - Məlumatlar oğurlanıb

Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub - Məlumatlar oğurlanıb

7 May 2024, 08:12

Hakerlər Böyük Britaniya Müdafiə Nazirliyinin serverlərini sındırıblar, məmurların və aktiv hərbi personalın məlumatları oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

 

Məlumata görə, hakerlər nazirliyin əməkdaşlarının, eləcə də hazırkı və keçmiş hərbi qulluqçuların şəxsi məlumatlarına, o cümlədən bank rekvizitlərinə çıxış əldə ediblər.

 

Kiberhücumun Çinlə əlaqəli olduğu iddia edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...