Modern.az

Bu il 15 mindən çox şəxsə əlillik təyin olunub

Bu il 15 mindən çox şəxsə əlillik təyin olunub

Aktual

7 May 2024, 11:40

Bu ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 7,3 mininə ilkin, 7,8 mininə təkrar əlillik təyinatı aparılıb.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU