Referans Poliklinik Əhmədli filialının baş həkimi dəyişdirilib.
Modern.az xəbər verir ki, bu vəzifəyə pulmonoloq doktor Əsəd Beydullayev təyin olunub.
Doktor Əsəd Beydullayev baş həkim vəzifəsilə yanaşı Referans Poliklinik Əhmədli filialınında pasiyent qəbulu da həyata keçirir.
Qeyd edək ki, o, bu təyinata qədər "Leyla Medical Center"də pulmonoloq - ağciyər həkimi kimi çalışıb.
Pulmonoloq Əsəd Beydullayev astma, pnevmoniya, bronxit, siqaretə bağlı ağciyər xəstəlikləri,xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX), sarkoidoz və digər interstisial ağciyər xəstəlikləri, plevral xəstəliklər, ağciyərin peşə xəstəlikləri, ağciyərin parenximatoz xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olur.