Modern.az

Goranboyda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib - FOTO

Goranboyda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib - FOTO

Aktual

10 May 2024, 12:02

Goranboyda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönmü ilə bağlı, ümumrayon tədbiri keçirilib.

 

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönmü ilə bağlı, Goranboy  rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhəri Heydər Əliyev Parkında, ümumrayon tədbiri keçirilib.

 

Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun huquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, idarə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları,  rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.

 

Goranboylular Ümummilli Liderimizin rayon mərkəzində  ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət edərək Dahi Şəxsiyyətə bir daha böyük ehtiramlarını nümayiş etdiriblər. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU