Modern.az

Sən elə bir zirvəsən... - FOTO

Sən elə bir zirvəsən... - FOTO

Aktual

10 May 2024, 16:02

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Lənkəran Dövlət Universitetində (LDU) bayram ovqatı ilə  qeyd edilib.

 

Modern.az xəbər verir ki, LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin  professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində H.Əliyevin adını daşıyan  xatirə parkına gələrək ulu öndərə hörmət və ehtiramlarını bir da  bildiriblər. Ümummili liderin  abidə kompleksinin önünə təzə-tər  çiçəklər düzülüb.


Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyətindən ətraflı söz açılıb, Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətlərindən, başladığı böyük missiyanın siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənimizin ərazi bütövlüyünün qorunması üçün Ali Baş Komandanın çoxşaxəli fəaliyyətindən, müstəsna rolundan danışılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım