Modern.az

Oğlu Vasif Talıbovun yeni şəkillərini YAYDI

Oğlu Vasif Talıbovun yeni şəkillərini YAYDI

Aktual

11 May 2024, 11:35

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov sosial şəbəkədə atasının yeni fotolarını  paylaşıb.

Modern.az xəbər verir ki, fotolar mərhum dövlət başçısı lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ilə bağlıdır. Belə ki, Talıbovlar ailəsi  Heydər Əliyevin portrei önündə yeni fotolar çəkdiriblər.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib.

V.Talıbov hazırda Azərbaycan Milli Məclisnin deputatıdır.



 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU