Modern.az

Allahşükür Paşazadə Ərdoğanın qəbuluna gedir

Allahşükür Paşazadə Ərdoğanın qəbuluna gedir

Aktual

11 May 2024, 14:30

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 12-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşəcək.


Bu barədə Modern.az-a İdarənin mətbuat xidmətindən bildirilib.

Səfər Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaşın dəvəti əsasında həyata keçirilir. Şeyxülislam A. Paşazadə mayın 13-də İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirak və çıxış edəcək. 

         
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə İstanbulda Dolmabaxça sarayında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım