Modern.az

Qurban Yetirmişlidən zəlzələ açıqlaması - Mərkəz rəhbəri əhaliyə çağırış etdi

Qurban Yetirmişlidən zəlzələ açıqlaması - Mərkəz rəhbəri əhaliyə çağırış etdi

Aktual

11 May 2024, 18:01

"Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər".

Modern.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Güclü təkan artıq geridə qalıb, əhali təşvişə düşməsin", - deyə o çağırış edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı zəlzələ olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU