Mayın 11-də saat 17:23 radələrində Azərbaycanın cənub rayonlarında yeraltı təkanlar hiss olunub.
Modern.az xəbər verir ki, hadisə ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası da məlumat yayıb.
Zəlzələ Lənkəran rayonu ərazisində 6, ətraf rayonlarda isə 5,3 bala qədər hiss olunub. Dərhal yerlərlə əlaqə yaradılıb, dəqiqləşdirmələr aparılıb. İndiyədək zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.