Modern.az

Masallı sakinləri əmək müqaviləsi barədə maarifləndirilir

Masallı sakinləri əmək müqaviləsi barədə maarifləndirilir

Aktual

11 May 2024, 18:10

"Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi “Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə gerçəlkləşən layihə çərçivəsində Masallı şəhərində məlumatlandırma-maarifləndirmə tədbiri keçiriib. 

Təşkilatdan Modern.az-a bildiirlib ki, tədbirdə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, əmək müqaviləsi bağlanmamasının səbəbləri və fəsadları, Əmək və vergi qanunvericiliyinin qeyri-rəsmi əmək bazarının həcminin məhdudlaşdırlmasına mane olan müddəaları, həmçinin əmək müqavilələri əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının mənfi təsirləri və s. mövzuda müzakirələr aparılıb.

Tədbirdə mövzu ilə bağlı prezentasiya təqdim ediliib, iştirakçıların sualları cavbladırılıb. 

Məlumatlandırma-maarifləndirmə ilə bərabər ehtiyacı olan vətəndaşlara yerindəcə hüquqi yardım göstrəilib. 


 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU