Modern.az

ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı MÜƏYYƏNLƏŞDİ

ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı MÜƏYYƏNLƏŞDİ

Aktual

12 May 2024, 18:40

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqun Cənubi Qafqaza səfərinin vaxtı məlum olub.

 

Modern.az ATƏT-in saytına istinadən xəbər verir ki, 13 may tarixində maltalı diplomat Ermənistana səfər edəcək.

 

İrəvanda Y. Borq Ermənistanın baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın sədri Alen Simonyan və Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.

 

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana da səfəri gözlənilir. Lakin səfərin tarixi barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım