Modern.az

\"Bölgələrdə yerli radio kanallarına əlçatanlıq məsələsi bizi narahat edir\"

\

4 İyun 2024, 13:02

Azərbaycanda yayımlanan radio kanallarının əlçatanlığı üzrə proses gedir.


Modern.az xəbər verir ki, bu barədə Audioviziual Şuranın Aparat rəhbəri Fazil Novruzov məlumat verib.

 

"Bölgələrdə yerli radio kanallarına əlçatanlıq məsələsi bizi narahat edir. Bu istiqamətdə işlər aparılır. Bəzən regionlarda digər ölkələrin radiosu olur. Bu da anormal hal deyil. Məsələn cənub bölgəsində İran radiosu işə düşür. Amma qonşu ölkənin 200 metr məsafədə kanallarının yayımı mümkündür. Lakin bu ilin sonunda artıq 90 faizdən artıq yerli radio yayımına əlçatanlıq təmin olunacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri