Modern.az

Qurban Yetirmişli Lənkərandakı zəlzələdən danışdı - Qabaqcadan xəbərdarlıq etmişdik

Qurban Yetirmişli Lənkərandakı zəlzələdən danışdı - Qabaqcadan xəbərdarlıq etmişdik

Aktual

13 May 2024, 11:48

Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb. Bunu biz xəbərdarlıq etmişdik.

 

Modern.az xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.

 

"Zəlzələ hətta Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb", - o əlavə edib.

 

Qurban Yetirmişli hazırda qorxunun olmadığını deyib:

 

"Əhali narahat olmasın. Bu zəlzələ dağıdıcı yükə sahib deyildi".

 

Mütəxəssis deyib ki, Azərbaycan seysmik zonada yerləşir, buna görə elə gün olmur ki, müəyyən təkan olmasın:

 

"Amma sizə deyim ki, Lənkərandakı zəlzələ hər hansısa başqa ocaqları oyada bilməz".

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım