Modern.az

ATƏT sədri Bakıya GƏLİR

ATƏT sədri Bakıya GƏLİR

Aktual

13 May 2024, 12:42

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

 

O, səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

 

"Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq", - açıqlamada deyilir.

 

Qeyd edək ki, Yan Borq hazırda Ermənistanda səfərdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU