Modern.az

Bakıda ağac kəsən sahibkarın işi məhkəməyə göndərildi

Bakıda ağac kəsən sahibkarın işi məhkəməyə göndərildi

Aktual

13 May 2024, 14:54

Paytaxtın Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar. Nəticədə iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.

 

Xidmət rəsmisi Rəvan Teymurov Modern.az-a bildirib ki, araşdırma zamanı ağacları həmin qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərovun kəsdiyi müəyyənləşdirilib.

 

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU