Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri BMT-nin Nyu-York şəhərində yerləşən baş qərargahında olublar.
BAMF-dən Modern.az-a bildirilib ki, Fondun vitse-prezidenti Oğuz Mirzəyev və İnsan Resursları üzrə mütəxəssisi Heydər Rzayev BMT-nin baş qərargahında bir sıra konfranslarda fəal iştirak edərək aktual və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar.
BAMF nümayəndələri, həmçinin BMT-nin QHT bölməsinin rəhbəri Vuk-Jin Çanq ilə görüşüblər.
Görüşdə hər humanitar səylərin inkişaf etdirilməsi, sülhün təşviq edilməsi, tərəfdaşlığı gücləndirmək və əməkdaşlığı genişləndirmək barədə müzakirələr aparılıb.
Söhbət zamanı, eyni zamanda, Azərbaycanın qeyri-hökumət təşkilatlarının BMT-nin ECOSOC-da təmsilçiliyinin və inteqrasiyasının gücləndirilməsi strategiyaları, o cümlədən Azərbaycanda yerli QHT-lər üçün BMT-nin ECOSOC statusunun necə əldə edilməsi ilə bağlı onlayn sessiyaların keçirilməsi təklifi müzakirə olunub.
Müzakirə olunan digər mühüm mövzu isə BAMF-ın dördillik hesabatlarının BMT-yə təqdim edilməsi olub.
Beynəlxalq Avrasiya Mətbuat Fondu Vuk-Cin Çanqı Azərbaycana səfərə dəvət edib.