Modern.az

Narkotik qəbul edib maşın idarə edən sürücü həbs olundu

Narkotik qəbul edib maşın idarə edən sürücü həbs olundu

Aktual

14 May 2024, 08:40

Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.

 

Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

 

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU