Modern.az

Türkmənistandakı səfirimiz Balkan vilayətinə səfər edib

Türkmənistandakı səfirimiz Balkan vilayətinə səfər edib

14 May 2024, 10:52

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov 13-14 may 2024-cü ildə Türkmənistanın Balkan vilayətinə səfər edib.

 

Səfirlikdən Modern.az-a verilən xəbərə görə, səfər çərçivəsində Q.Gözəlov Balkan Vilayətinin Hakimi, Türkmənbaşı Şəhərinin hakimi, Türkmən Dənizdəryayolları Agentliyinin sədri, Türkmənbaşı Beynəlxalq Dəniz Limanın rəhbəri və “Balkan” gəmiqayırma zavodunun direktoru ilə görüşüb, limana və gəmiqayırma zavoduna baş çəkib.

 

Görüşlərdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr aparılıb. Görüşlərdə Türkmənbaşı limanının iki ölkə arasındakı dəniz nəqliyyatında oynadığı rol ilə yanaşı, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafındakı əhəmiyyəti də qeyd edilib.

 

Həmçinin, səfər zamanı Q.Gözəlov Balkan vilayətində yaşayan Azərbaycan vətəndaşları və soydaşlarımız ilə görüşüb. Görüşdə səfir Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarımıza verdiyi əhəmiyyət və qayğı barədə danışmış, həmvətənlərimizin təklif və ricalarını dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU