Modern.az

Marketə saxta pul verən qadınlar saxlanıldı

Marketə saxta pul verən qadınlar saxlanıldı

Aktual

14 May 2024, 11:04

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindəki marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyənləşdirilərək saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım