Modern.az

Şəhid ailələri və qazilər üçün ödənişsiz tibbi-sosial aksiya - FOTOLAR

Şəhid ailələri və qazilər üçün ödənişsiz tibbi-sosial aksiya - FOTOLAR

14 May 2024, 16:48

Mayın 10-da Referans Medical Group və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Səbail və Abşeron rayonlarında  yaşayan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.


Modern.az xəbər verir ki, aksiya Referans Bayıl və Xırdalan Tibb Mərkəzlərində  təşkil olunub. Aksiyada Referansın 20-dan çox  yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərib.  Kardioloq, terapevt, nevroloq, refleksoterapevt, ginekoloq, revmatoloq, oftalmoloq, pediatr, uroloq, dermatoloq, endokrinoloq, lor həkim mütəxəssislər tərəfindən müayinələr aparılıb.


Ümümilikdə gün ərzində aksiya iştirakçılarına 150-dən çox tibbi xidmət göstərilib. Həmçinin, həkim təyinatlarına əsasən şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları digər xidmətlərdən də ödənişsiz şəkildə yararlanıblar.
Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb.


Qeyd edək ki, bu tipli analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsini planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU