Modern.az

Lənkəranda ahıl vətəndaşa qarşı dələduzluq

Lənkəranda ahıl vətəndaşa qarşı dələduzluq

14 May 2024, 16:40

Ondan kömək istəyən ahıl vətəndaşı talayan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Lənkəran rayon sakini olan ahıl yaşlı kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb. O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Buna görə yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.

 

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU