Modern.az

Blinkenin köməkçisi Gürcüstanda - O, baş nazirlə 2 saat danışdı

Blinkenin köməkçisi Gürcüstanda - O, baş nazirlə 2 saat danışdı

14 May 2024, 17:24

ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında Tbilisidə görüş keçirilib.

Modern.az xəbər verir ki, Gürcüstan mətbuatının yazdığına görə, görüş nəzərdə tutulduğundan çox davam edib və 2 saat çəkib.

O'Brayn müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşəcək.

Xatırladaq ki, Ceyms O'Brayn hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri lideri Bidzina İvanişvili ilə də görüşmək istəyib. Lakin İvanişvili görüşdən imtina edib.

Gürcüstan parlamenti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini bu gün üçüncü oxunuşda qəbul edib.

Bununla da ölkədə ciddi narazılığa və qarşıdurmaya səbəb olan qanun layihəsi qəbul edilib və yaxın bir neçə gün ərzində təsdiqlənmək üçün Prezident Salome Zurabişviliyə təqdim olunacaq. 

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra Tbilisidə mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb, iğtişaşlar baş verib.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU