Modern.az

Ucarda narkokuryer saxlanıldı

Ucarda narkokuryer saxlanıldı

Aktual

15 May 2024, 09:10

Ucarda narkokuryer saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb.

 

Ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb. Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

 

Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU