Modern.az

Beyləqanda heyvan oğrusu saxlanıldı

Beyləqanda heyvan oğrusu saxlanıldı

Aktual

15 May 2024, 09:18

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub.

 

Keçirilən tədbirlərlə oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev saxlanılıb. Onun zərərçəkənlərə 7000 manat maddi ziyan vurduğu müəyyən edilib.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E. Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı "RPQ" markalı qumbaraatanı polisə təhvil verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU