Modern.az

Moskvadan Aİ-nin Ermənistandakı missiyasına ittiham: Azərbaycana qarşı təxribat…

Moskvadan Aİ-nin Ermənistandakı missiyasına ittiham: Azərbaycana qarşı təxribat…

Aktual

15 May 2024, 10:42

"Avropa İttifaqının (Aİ) missiyası Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq şəkildə təxribat xarakterli fəaliyyətlər həyata keçirir".

Modern.az xəbər verir ki, bunu News.ru portalına müsahibəsində Rusiya xarici işlər nazirinin  müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı missiyası təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğuldur, Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır.

Qaluzin deyib ki, əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman Qrbin regionu hərbiləşdirmək, Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları tamamilə uyğunsuzdur.

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır.

“2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan üçtərəfli işçi qrupu məhz bunu edir”, - deyə o bildirib.

Qaluzin diqqəti ona yönəldib ki, Qərb ölkələrinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.

“Moskva təkcə Cənubi Qafqazın nəqliyyat və kommunikasiya sistemini blokdan çıxarmaq üçün deyil, həm də regionda davamlı sülh və rifahın bərqərar olması üçün qrupun tam hüquqlu işini mümkün qədər tez bərpa etməyini zəruri sayır”, - Qaluzin vurğulayıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU