Modern.az

3 şəhidimiz 30 ildən sonra DƏFN EDİLDİ

3 şəhidimiz 30 ildən sonra DƏFN EDİLDİ

Aktual

15 May 2024, 13:46

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha 3 şəhidimiz dəfn olunub.

 

Modern.az xəbər verir ki, Mustafayev Sabir İslam oğlu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Qardaşı 1959-cu il təvəllüdlü Mustafayev Malik İslam oğlu isə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb.

 

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir. Mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Yasamal qəbiristanlığında dəfn olunub.

 

Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il yanvarın 26-da şəhid olub. Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

 

Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin nəşi isə Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Rəsul Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.

 

1347939

1347941

1347942

1347943

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi