Üz toxumalarının xassəsindən asılı olaraq zaman keçdikcə adətən 50 yaşdan yuxarı insanlarda toxumaların tonusdan düşməsi səbəbindən və yer çəkiminin təsirindən üz strukturları sallanmış vəziyyətə gəlir. Bu görüntü üzü yorğun, yaşlı, kədərli, psixoloji gərgin formada göstərir.
Müxtəlif qeyri-cərrahi prosedurların olmasına baxmayaraq, dərin plan űzgərmə əməliyyatı (SMAS lift) yaşlılıq görüntüsünün aradan qalxmasına, üzün 10-15 yaș daha gəncləşmiș gõrüntüsünə səbəb olan ən optimal əməliyyat növüdür.
Modern.az Referans Estetik Mərkəzinin baş həkimi, estetik-plastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayevin müsahibəsinə əsasən oxuculara bu barədə qısa və dolğun məlumat verməyə çalışaq.
- Doktor əvvəl ondan başlayaq ki, dərin plan üzügərə əməliyyatı "SMAS lifting" nədir?
- Bu əməliyyat sayəsində, üzün yaș dəyișiklikləri tamamilə aradan qalxır, daha təravətli və gəncləşmiş görüntü ortaya çıxır. Sadə üz gərmə (face lift) əməliyyatından fərqli olaraq tek dəri deyil, dərin qatlarda olan əzələ apanevroz sistemində icra etdiyimiz sərbəstləşdirmə ve dartmadırkı bu da daha effektiv nəticə verir. Dərin plan üz gərmə əməliyyatıı geniş plastik əməliyyatlar spektrini özündə birləşdirərək daha çox üstünlüklərə malikdir. SMAS-in aparılması adətən 50-55 yaşdan yuxarı kişi və qadınlara tövsiyə olunur. Daha gənc yaşda isə bir sıra əməliyyatsız üsullar yardımı ilə üz dərisində liftinq effektinə nail olmaq mümkündür.
- Bəs üz gərilmə əməliyyatının aparılması üçün göstərişlər nələrdir?
Yaşla əlaqəli üzdə göz ətrafında olan dəri sallanmaları.
Genetıik olaraq yaşla əlaqəsı olmadan dərı sallaqlığı və atoniyası,
Dərialtı strukturlada - Əzələ və fasiya düşüklüyü (sallaqlığı);
Bilinən (görünən) burun-dodaq qatları;
İkiqat buxaq (çənə altı);
"Buldoqluq"ların yaranması; yanaqların sallaqlığı və s.
Dəqiq icra olunmuş dərin plan üz gərmə əməliyyatından sonra üz konturları və üz ovalı bərpa olunur. Yaşın yaratdığı çatışmazlıqlarla birgə zahiri yorğunluq və psxoloji gərgin üz ifadəsi də yox olur. Üzün aşağı üçdə birinin gərilməsi (SMAS-liftingi) dərin büküşləri açır, qırışları aradan qaldırır, sallanmış yanaqları ləğv edir və burun-dodaq qatlarını hamarlayır. Bu zaman peşəkar plastik cərrah tərəfindən icra olunan yanaq korreksiyası estetik cəhətdən yaraşıqsız "buldoq" bənzərliyindən də qurtulmağa kömək edir.
Yaşlı pasiyentlərdə üzün aşağı üçdə birinin gərilməsi adətən boyungərmə ilə müşayiət olunur. Bu halda boyun-çənəaltı nahiyədəki qırışlar və "ikinci" buxaq ləğv edilir eyni zamanda sərt çənə görüntüsü ortaya çıxır.
Üzün üst (yuxarı) hissəsində icra olunan Endoskopik Gicgahgərmə (Temparoplastika) əməliyyatı qaşların və göz qapaqlarının gərilməsinə baxışların daha gənc və aydın görünməsinə səbəb olur. Alıngərmə isə qaşlararası dərin qatları və köndələn (əks) qırışları hamarlayır.
Bütün üzün və boyun səthindəki yaş dəyişikliyinin gəncləşdirilməsi üçün üzün dəyirmi gərilməsi-tam üz gərmə (Total deep Plane Facelift) əməliyyatı icra olunmalıdır.
- Üz dartma əməliyyatı necə aparılır və əməliyyat sonrası dövr necə keçir?
Üz gərmə əməliyyatı ümumi narkoz altında keçirilir. Keçirilmə müddəti və ödəməsi gərilmənin növündən asılı olur. 30 dəqiqədən 4-5 saatadək çəkə bilər. Feysliftinq zamanı kəsik yerləri təbii qatların olduğu bölgələrində seçilir. Bu da əməliyyat sonrası çapıqları görünməz edir. Əməliyyatından sonra 12-24 saat ərzində pasiyentin stasionarda tibbi personal nəzarətində qalması tövsiyə edilir.
Ödemlər və göyərmələr toxumalardan aslı olaraq 7- 14 daha artıq günə sorulu. Cərrah tərəfindən təyin edilmiş reabilitasiya dövrü 2 aydan 6 ayadək çəkir.