Modern.az

"Azercell" ötən il kadr inkişafı üçün 1,3 milyon dollar ayırıb

Aktual

15 May 2024, 16:18

Azercell Azərbaycanda təkcə lider operator deyil, həm də texnologiya şirkətlərindən biridir.

Modern.az xəbər verir ki, bunu Azercell şirkətinin prezidentinin icraçı müşaviri Okan Cimen Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında panel müzakirəsi zamanı deyib.

O, qeyd edib ki, Azercell üçün insan faktoru çox vacibdir: "Biz əməkdaşlarımıza 27 ilik səfərimizdə təlimlər keçirik. Məsələn, ötən il əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması üçün 1,3 milyon ABŞ dolları həcmində vəsait ayırmışıq. Bizim təlim üçün çoxlu imkanlarımız var".

"Azercell olaraq qlobal nəhəng şirkətlərlə də çalışırıq. Əsas niyyətimiz odur ki, rəqəmsal savadlılıq səviyyəsini artıraq və innovasiya mühitinin inkişaf etdirilməsinə öz töhfəmizi verək", - deyə O.Cimen əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU