Modern.az

Azərbaycanla Belarus arasında nəqliyyat müzakirəsi

Azərbaycanla Belarus arasında nəqliyyat müzakirəsi

15 May 2024, 19:00

Azərbaycanla Belarus arasında ölkədən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Nazir qeyd edib ki, müzakirələr ölkədə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə keçirilən görüşdə aparılıb: "Görüşdə dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığı müzakirə etdik".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi