Modern.az

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

15 May 2024, 19:26

Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri - Qubad İbadoğlunun qardaşı Qalib Toğrul feysbukda paylaşım edib.

 

"Dünən (14 may 2024-cü il) ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilmişdir.

 

Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə  partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı. 

 

Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri  qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə vermişdir", - paylaşımda deyilir

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi