Modern.az

Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edildi

Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edildi

15 May 2024, 23:20

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin xarici işlər nazirinin müavini İvan Kondov ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkə hesabında paylaşım edib.

 

“Dostluq və səmərəli görüşə görə xarici işlər nazirinin müavini İvan Kondova təşəkkür edirəm”, - deyə Q.Hüseynov qeyd edib.

 

Səfir əlavə edib ki, görüş zamanı Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər, o cümlədən enerji diversifikasiyası, yaşıl keçid, kommunikasiyalar, innovasiyalar və biznes sahələrində qarşılıqlı fəaliyyətin gələcək inkişafı müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım