Modern.az

BSU-da tələbələrə sertifikatlar verildi - FOTO

BSU-da tələbələrə sertifikatlar verildi - FOTO

16 May 2024, 10:00

BSU-da “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində keçirilən “Beynəlxalq bakalavriat (İB): missiya, təlim və qiymətləndirmə” təlimlərində iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. 

 

Mayın 13-də Bakı Slavyan Universitetində (BSU) “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində keçirilən “Beynəlxalq bakalavriat (İB): missiya, təlim və qiymətləndirmə” təlimlərində iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. BSU-da 2023-cü ilin sentyabr ayından etibarən “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində Beynəlxalq bakalavriat proqramının müxtəlif istiqamətləri üzrə 8 təlim təşkil olunub. Təlimlərin keçirilməsində əsas məqsəd təhsil xidmətləri sahəsində müasir standartları və tələbləri nəzərə alaraq, Bakı Slavyan Universitetinin müəllimlik ixtisasları üzrə təhsil alan tələbələrin beynəlxalq mühitdə rəqabət qabiliyyətliliyi üçün lazımi bilik, bacarıq və səriştələrlə təmin edilməsidir. Təlimlərdə Bakı Slavyan Universitetinin 200-ə yaxın müəllimlik ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələri iştirak ediblər.

 

IB Dünya Məktəblərinin Qafqaz və Mərkəzi Asiya Assosiasiyasının (CCAAIBWS) sədri, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tərəfindən keçirilən təlimlərdə 20 nəfər tələbə sertifikatla təltif olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi