Modern.az

Baqrat Srbazan baş nazir postuna namizədlik iddiasını AÇIQLADI

Baqrat Srbazan baş nazir postuna namizədlik iddiasını AÇIQLADI

Aktual

16 May 2024, 10:43

Ermənistandakı etiraz aksiyalarının rəhbəri, Erməni Apostol Kilsəninin arxiyepiskopu Baqrat Srbazan
siyasi qüvvələrlə görüşlər keçirib.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, dünən İrəvanın mərkəzindəki “İrəvan Place” otelində keçirilən görüşdə Baqrat Srbazan baş nazir postuna namizəd olmaq iddiasını ortaya qoyub.

Siyasi qüvvələrlə müzakirələrdən sonra belə qənaətə gəliblər ki, baş nazirliyə namizəd Bqrtaın özü olmalıdır, çünki hər hansı digər namizədlə bağlı etiraz hərəkatının uğursuzluqla nəticələnməsi riski var.

Bildirilir ki, Baqrat Srbazan tezliklə parlamenti Konstitusiyanın ikili vətəndaşlığı olanların Ermənistan baş nazirliyinə namizəd kimi irəli sürülməsini qadağan edən müddəasını dəyişdirməyə çağıracaq.

Baqrat Srbazanın hazrda həm Ermənistan, həm də Kanada vətəndaşlığı var.

Konstitusiyada həmin müddəanın dəyişdirilməsi üçün deputatların 2/3-nin səsi tələb olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi