Modern.az

Lənkəran dövlət universitetində Füzulinin ildönümü qeyd edilib - FOTOLAR

Lənkəran dövlət universitetində Füzulinin ildönümü qeyd edilib - FOTOLAR

Aktual

16 May 2024, 11:02

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  25 yanvar 2024 cü il  tarixli sərəncamına  əsasən Lənkəran Dövlət Universitetində (LDU) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530-cu  ildönümünə  həsr olunmuş ədəbi-bədii gecə keçirilib.  

 

Modern.az xəbər verir ki, Lənkəran -Astara Regional Mədəniyyət İdarəsi ilə birgə keçirilən tədbir vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

 

Ədəbi-bədii gecədə  Azərbaycan ədəbiyyatının sönməz günəşi, lirik şeirin böyük ustadı Məhəmməd Füzulinin əsərlərinə bəstələnmiş musiqi nömrələri, şairin yaradıcılığından seçmə poetik nümunələr LDU-nun tələbələri və bölgənin tanınmış musiqiçiləri tərəfindən ifa edilib.

 

Sonra Lənkəran Dövlət Universiteti tələbələrinin dahi söz ustadının yaradıcılığını əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

 

Tədbirdə  Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov, Lənkəran -Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, universitetin müəllim və tələbə heyəti, bölgənin incəsənət ustaları iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi